Devnix komandası olaraq enerjili, öyrənməyə həvəsli və motivasiyalı .NET proqramçısı axtarırıq. Əgər təmiz kod yazmaq, problemləri həll etmək və davamlı öyrənmək sənin üçün maraqlıdırsa, sənə yerimiz var.
Tələb olunan bacarıqlar:
Backend: C# və .NET Core üzrə yüksək səviyyədə bilik
ORM: Entity Framework Core ilə iş təcrübəsi
Database: SQL Server və optimallaşdırılmış sorğular (query) yazmaq
Frontend: HTML5, CSS3, JavaScript, jQuery üzrə bilik
RESTful API və çoxqatlı (layered) arxitektura təcrübəsi
OOP və Design Patterns anlayışlarına sahib olmaq
Git və versiya idarəetmə sistemləri ilə iş bacarığı
Kodun debug, test və optimallaşdırma bacarığı
Komanda ilə işləmə qabiliyyəti və vaxtında tapşırığı təhvil vermək
Şərtlər və üstünlüklər:
Dost və dinamik iş mühiti
Müxtəlif layihələrdə iştirak və peşəkar inkişaf imkanı
Elastik iş saatları (şərtlərə görə distant iş imkanı)
Təcrübə və bacarıqlara uyğun maaş
Sığorta və bonus sistemi
Namizəd üçün tələblər:
Minimum 2 il uyğun sahədə iş təcrübəsi
Portfel və ya nümunə layihələr təqdim edə bilmək
Məsuliyyətli olmaq və komanda işi bacarığı
Müraciət qaydası:
CV-nizi və nümunə işlərinizi [info@devnix.az] ünvanına göndərin. E-poçtun başlığında aşağıdakı kimi qeyd edin:
İş müraciəti – .NET Proqramçı